Elmi nəşrlər

UNEC-də ikisi Scopus bazasında indekslənməklə 11 jurnal nəşr olunur. 

- UNEC-də mövcud olan 12 elmi jurnaldan 10-u Open Journal Systems (OJS) platformasında yerləşdirilmiş və tam şəkildə sinxronlaşdırılmışdır.
- Bu jurnallar UNEC-in vahid elektron platforması olan UNEC Journals Portal-a keçid üzərindən fəaliyyət göstərir. Eyni zamanda bütün jurnallar AVESİS platforması ilə əlaqələndirilmişdir.
- Platforma beynəlxalq standartlara uyğun qurulmuşdur: şəffaf, etik və akademik nəşr prinsiplərinə əsaslanır. 
- Bütün jurnallar Open Access (açıq giriş) prinsipi ilə fəaliyyət göstərir və istifadəçilər məqalələrə sərbəst şəkildə çıxış əldə edə bilirlər.

- Jurnallarda dərc olunan bütün məqalələr Creative Commons 4.0 lisenziyası ilə qorunur və açıq istifadəyə imkan verir.
- Hər bir elmi məqalə üçün DOI (Digital Object Identifier) təyin olunur və bu, məqalələrin beynəlxalq səviyyədə identifikasiyasını təmin edir.
- Jurnallar double-blind və ya single-blind peer review (ikitərəfli və ya birtərəfli anonim rəy sistemi) əsasında fəaliyyət göstərir və yüksək elmi keyfiyyət təmin olunur.
- UNEC jurnalları müxtəlif sahələri əhatə edir (iqtisadiyyat, idarəetmə, mühəndislik, tətbiqi elmlər, kompüter elmləri, gender tədqiqatları və s.) və beynəlxalq elmi kommunikasiya platforması rolunu oynayır.

Tərəfdaşlar