Arif  Şəkərəliyev Şəkərəli

Arif Şəkərəliyev Şəkərəli

"İqtisadi və texnoloji elmlər" kafedrasının məsləhətçi-professoru

رابط Avesis
Bakı, A.Səhhət, 45 (IV Tədris binası)
+(994) 12 541-56-93; 440-79-85
a.shakaraliyev@unec.edu.az
Şəkərəliyev Arif Şəkərəli oğlu 21 oktyabr 1949-ci ildə Ermənistanın Qafan kəndində anadan olub.
1970-ci ildə D.Bünyadzadə adına Xalq Təsərrüfatı İnstitutunu (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) fərqlənmə diplomu ilə bitirib.
1971-1973-cü ildə Bakı Dövlət Universitetində aspiranturanı bitirib, 1976-cü ildə D.Bünyadzadə adına Xalq Təsərrüfatı İnstitutunda “Əhaliyə  xidmət sahəsinin inkişafının sosial-iqtisadi probıemləri” mövzusunda namizədlik, 1991-ci ildə isə Leninqrad Maliyyə-İqtisad Universitetində “Bazar münasibətlərinə keçid şəraitində xidmət sferasının inkişafının sosial-iqtisadi problemləri” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib, 1992-ci ildən professordur.
1970-1971-ci illərdə Azərbaycan Bədən Tərbiyəsi İnstitutunda (AzDBTİ) baş laborant, 1971-1974-cü illərdə AzDBTİ-də müəllim, 1974-1978-ci illərdə AzDBTİ-də baş müəllim, dekan müavini, 1978-1982-ci illərdə AzDBTİ-də dosent, kafedra müdiri işləyib.
1987-1990-cı illərdə Azərbaycan Dövlət İqtisad Universitetində dekan, 2000-2006-cı illərdə Elmi işlər üzrə prorektoru vəzifəsində çalışıb.
2001-ci ildən 2022-ci ilin sentyabrına kimi İqtisad Universitetinin “Beynəlxalq ticarət və gömrük işi”, daha sonra “Ticarət və gömrük işinin təşkili” kafedralarının müdiri olub.
2017-ci ildən UNEC-in Xarici ticarətə dəstək mərkəzinin rəhbəridir.
UNEC-də fəaliyyət göstərən Dissertasiya Şurasının sədr müavinidir.
Hazırda "İqtisadi və texnoloji elmlər" kafedrasının məsləhətçi-professorudur.

260-dən artıq elmi əsərin, 65 kitab, dərsliklər, dərs vəsaiti və fənn proqramlarının, 500-dən çox qəzet və elmi-publisistik məqaləlarin müəllifidir.

ELMİ ƏSƏRLƏRİNİN SİYAHISI

2002-ci ildə elmi fəaliyyətinə görə Əməkdar Elm Xadimi fəxri adı verilib.
Beynəlxalq Menecment Akademiyasının üzvüdür. “Qızıl qələm” mediya mükafatına layiq görülüb.
Azərbaycan Respublikası Prezidentinin 24 sentyabr 2020-ci il tarixli Sərəncamı ilə Azərbaycan Dövlət İqtisad Universitetinin 90 illiyi münasibətilə və Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edilib.