Fatimə Məmmədli

Fatimə Məmmədli

رابط Avesis
23 may 2006-cı ildə Bakı şəhərində anadan olub.
2012–2023-cü illərdə Bakı şəhəri 313 nömrəli tam orta məktəbdə təhsil alıb.
2023-cü ildə UNEC-in Türk Dünyası İqtisad Fakültəsinin “Biznesin idarə edilməsi” ixtisasına qəbul olunub.
Təhsilinin ilk ilindən etibarən fakültə və təşkilatların fəaliyyətində aktiv iştirak edib, müxtəlif sosial və könüllülük layihələrində fərqlənib.
Sertifikatlar və Təşəkkürnamələr:
  • UNEC Rektoru və beynəlxalq ekspert Dan Freifeld tərəfindən Təşəkkürnamə – “Rəqəmsal Bacarıqlar Təlim Proqramı”nda təşkilatçılıq dəstəyinə görə
  • UNEC Rektoru tərəfindən Təşəkkürnamələr –
  • "Yaşıl Dünya naminə Həmrəylik İli” və “Yaşıl UNEC İli”nə həsr olunmuş II Beynəlxalq Forumda,
  • "UNEC bakalavriatura səviyyəsi üzrə Sənəd Qəbuluna Dəstək Mərkəzi 2024,
  • "UNEC Məzun Günü 2025 və bir sıra digər layihələrdə aktiv iştirakına görə
  • 2025-ci il 16 may tarixində fakültənin ev sahibliyi ilə keçirilən “Ortaq Gələcək: Sosial-İqtisadi İnnovasiyalar” mövzusunda Beynəlxalq Türk Dünyası İqtisadi Konfransında aktiv iştirakına görə
  • Türkiyə Respublikasının 100 illiyi və Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə təşkil olunan tədbirdə aktiv iştirakına görə