Ramin  Qurbanov  Müsü

Ramin Qurbanov Müsü

رابط Avesis
 Bakı, H.Əliyev küçəsi, 135 (II korpus)
+(994) 12 564-40-07
ramin.gurbanov@unec.edu.az
Qurbanov Ramin Müsü oğlu 14.09.1967-ci ildə Ermənistan Respublikası Basarkeçər rayonunun Böyük Məzrə kəndində anadan olub.
1992-ci ildə Bakı Dövlət Universitetinin Tarix fakultəsini (1985-1992-ci illər) bitirib.
1986-1988-ci illərdə həqiqi hərbi xidmətdə olub.

Ali təhsili başa vurduqdan sonra təyinatla 1992-ci ildə Gəncə Texnologiya İnstitutunun Bakı filialına müəllim göndərilmişdir.
1998-ci ilin sentyabrında Bakı Əmtəəşünaslıq-Kommersiya  İnstitutunun “Humanitar elmlər” kafedrasının baş müəllimi seçilmişdir.
2000-ci ildən Azərbaycan Dövlət İqtisad Univer­sitetinin “Humanitar elmlər” kafedrasının baş müəllimi olmuşdur.

2004-cü il yanvarın 7-də Azərbaycan Milli Elmlər Akade­miyası A.Bakıxanov adına Tarix İnstitutunun D 01.161 Birləşdirilmiş Müda­fiə Şurasında 07.00.02 “Vətən tarixi” ixtisası üzrə namizədlik dissertasiyasını mü­da­fiə edərək, tarix elmləri namizədi alimlik dərəcəsi almışdır.
2010-cu ildə isə Azərbaycan Dövlət İqtisad Univer­sitetinin  “Bey­nəlxalq Münasibətlər” kafedrasının  dosenti vəzifəsinə seçilmişdir.
2016-cı ildə
 Beynəlxalq münasibətlər” kafedrasının müdiri vəzifəsinə təyin edilib.
2019-cu ildə “Beynəlxalq münasibətlər” kafedrasının  ləğv edilməsi ilə əlaqədar  “Beynəlxalq iqtisadi münasibətlər və diplomatiya” kafedrasının  müdiri olub.
2020-ci ilin oktyabrın 19-dan 
“Humanitar fənlər” kafedrasının tam ştat dosenti vəzifəsinə keçirilmişdir.
Hazırda "Humanitar fənlər" kafedransının dosentidir.
30 elmi əsərin, 2 dərs vəsaitinin, 1 monoqrafiya, 1 metodik göstəriş və 1 metodik vəsaitin, 5 bakalavr  və 2 ma­gistr proqramının müəllifidir.
2018-ci ilin oktyabrın 1-də yüksək ixtisaslı kadrların hazırlanmasında səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanı ilə təltif olunub.
2020-ci il noyabrın 25-də Azərbaycan Respublikası Təhsil Nazirliyinin F-519 nömrəli əmri ilə “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunub. 
Ailəlidir, üç övladı var.