Sevər Məmmədova  Mömin

Sevər Məmmədova Mömin

“Biznesin idarə edilməsi” kafedrasının müdiri

رابط Avesis
Bakı şəhəri, İstiqlaliyyət küçəsi 6 (I Tədris binası)
+(994) 12 492-72-11;  +(994) 12 492-59-03 (11-58)
sevar_mammadova@unec.edu.az
1983-1987 illərdə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun “Ticarətin iqtisadiyyatı” ixtisasını fərqlənmə diplomu ilə bitirmişdir. 
1996-1998-ci illərdə İdarəetmə kadrlarının hazırlanması sahəsində potensialın gücləndirilməsi Azərbaycan (EDAZ 9401) TACİS proqramı üzrə (Strengthening Management Training Capabilities (EDAZ 9401)/EU TACIS project Azerbaijan/Netherlands) Amsterdam Universiteti (University van Amsterdam) və Mastrixt Biznes Məktəbində (Maasrtricht School of Business) “Strateji menecment” ixtisaslaşması üzrə magistr dərəcəsi almışdır.
2003-cü ildə i.e.n. elmi dərəcəsi verilib.
1987-1992-cü illərdə Nərimanov rayon ərzaq ticarət birliyində baş iqtisadçı vəzifəsində çalışıb. 
1994-2004-ci illərdə Azərbaycan Dövlət İqtisad Universiteti, Beynəlxalq iqtisadi münasibətlər kafedrasında müəllim, daha sonra dosent vəzifəsində çalışıb. 
2004-2007-ci illərdə Azərbaycan Dövlət İqtisad Universiteti, Hüsusi İstedadlar Qruplarının dekanı vəzifəsinə təyin edilib. 
2008-2015-ci illərdə Dünya Bankı, Daşınmaz əmlakın qeydiyyatı layihəsində (7435 AZ) Təlim meneceri kimi fəaliyyət göstərib. 
2015-2017-ci illərdə Azərbaycan Dövlət İqtisad Universiteti, Beynəlxalq iqtisadiyyat kafedrasının dosenti vəzifəsində çalışıb. 
2017-2018-ci illərdə UNEC, Rus İqtisad Məktəbində ixtisas rəhbəri təyin edilib. 
2018-ci ildən UNEC Biznes Məktəbinin “Biznesin idarə edilməsi” kafedrasının müdiri vəzifəsində çalışır.
Azərbaycan Dövlət İqtisad Universiteti MBA Mərkəzi – kafedra müdiri, müəllim.
2018 - Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən  “Qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunub. 
2020 – Azərbaycan Respublikasının Prezidenti cənab İ.Əliyevin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib. 

2017-ci ilin oktyabrında Moskvada keçirilən “Əlilliyi olan gənclərin inklüziv təhsil şəraitində professional oriyentasiyası” mövzusunda II beynəlxalq elmi-praktik konfransda iştirak edib. Konfransda S.Məmmədova UNEC və Moskva Dövlət Humanitar İqtisad Universiteti (MDHİU) arasında imzalanan ikili diplom proqramının əhəmiyyətindən danışıb.