Qida Sənayesi Kolleci

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nəzdində Qida Sənayesi Kolleci Azərbaycan SSR Ərzaq Malları Sənayesi Nazirliyinin 30 avqust 1955-ci il tarixli əmri ilə Bakı Yeyinti Sənayesi Texnikumu kimi yaradılmışdır. AR Nazirlər Kabinetinin 2010-cu il 16 iyun tarixli 112 saylı qərarı ilə Bakı Yeyinti Sənayesi Texnikumu Bakı Qida Sənayesi Kolleci adlandırılmışdır. AR Nazirlər Kabinetinin 10 iyul 2020-ci il tarixli 250 saylı qərarı ilə Bakı Qida Sənayesi Kolleci Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nəzdində publik hüquqi şəxs statusuna malik olan Qida Sənayesi Kollecinə çevrilmişdir.
*

Kollec beynəlxalq idarəetmə standartları üzrə nüfuzlu sertifikatlar əldə edərək, təhsildə keyfiyyət və müasir yanaşmanı rəsmi şəkildə təsdiqləyib. Tədris və idarəetmə proseslərinin müasir dövrün tələblərinə uyğunlaşdırılması istiqamətdə həyata keçirilən sistemli işlərin nəticəsi olaraq, ISO 9001:2015 – Keyfiyyətin İdarəetmə Sistemi və ISO 21001:2018 – Təhsil və Təlim Təşkilatları üçün İdarəetmə Sistemi standartları üzrə uyğunluq auditindən uğurla keçib. Auditin nəticəsində Qida Sənayesi Kolleci müvafiq beynəlxalq sertifikatlara layiq görülüb. ISO 9001:2015 sertifikatı kollecdə inzibati idarəetmənin şəffaflığına və effektivliyin təmin edildiyinə, ISO 21001:2018 standartı isə təhsilin keyfiyyətinə, tələbə məmnuniyyətinə və tədris metodologiyasının beynəlxalq meyarlara uyğunluğuna zəmanət verir. 
*
İxtisaslar üzrə tədris planları

Kollecdə aşağıdakı fənn birləmə komissiyaları fəaliyyət göstərir:

Humanitar
Dillər və ədəbiyyat
Kimya, biologiya, ekologiya və sanitar-gigiyena
Ümumtəhsil və ümumtexniki
Ümumi iqtisadiyyat və idarəetmə
İstehlak mallarının ekspertizası
Qida texnologiyası

İxtisaslar:

Qida məhsullarının təhlükəsizliyi
İstehlak mallarının ekspertizası
Kimyəvi birləşmələrin keyfiyyətinə analitik nəzarət
Mehmanxana təsərrüfatının təşkili və idarə edilməsi
Ətraf mühitin mühafizəsi və bərpası
Turizim işinin təşkili
Marketinq (Sahələr üzrə)
Ət və ət məhsullarının texnologiyası
Şərabçılıq və qıcqırtma istehsalatının texnologiyası
İaşə müəssisələrinin servisi
Konservləşdirmə və qida konsentrantları texnologiyası
Çörək və unlu qənnadı məmulatlarının texnologiyası

Kollec xəbərləri

14 aprel 2026
Qida Sənayesi Kollecində WUF13 çərçivəsində şəhərsalmaya həsr olunmuş dəyirmi masa keçirilib
11 fevral 2026
UNEC nəzdində Qida Sənayesi Kolleci beynəlxalq keyfiyyət standartları üzrə sertifikatlar əldə edib
13 noyabr 2025
UNEC nəzdində kolleclər vahid Rəqəmsal UNEC sisteminə inteqrasiya olunur
11 mart 2025
UNEC-in Tələbə rektoru və təşkilat rəhbərləri kolleclərdə görüşlər keçiriblər
13 fevral 2025
Rektor: Kollec təhsilinin müasir tələblərə uyğun qurulması istiqamətində ilkin addımlar atılacaq
16 dekabr 2024
UNEC-in nəzdində olan kolleclərdə maarifləndirici təlimlər keçirilib

Əlaqə

Ünvan: Bakı şəhəri, Nizami rayonu, R.Teymurov küçəsi, 73

Telefon

(+994 12) 323-84-44

E-mail

qidakolleci@unec.edu.az

Digər Kolleclər