UNEC Erasmus Creative Spark+, Jean Monnet və digər beynəlxalq proqramlar çərçivəsində elmi mobilizasiya, beynəlxalq əməkdaşlıq və bilik mübadiləsini fəal şəkildə dəstəkləyir, eyni zamanda Azərbaycan Elm Fondu tərəfindən maliyyələşdirilən qrant layihələrində uğurla iştirak edir.
Ölkədə universitet vəsaiti hesabına maliyyələşdirilən ilk daxili qrant modeli kimi bu təşəbbüs UNEC-in tədqiqat yönümlü ali məktəb modelinə keçidinin əsas göstəricilərindən biridir. Müsabiqələr çərçivəsində təqdim olunan onlarla layihə arasından ən innovativ və tətbiqyönlü tədqiqatların seçilməsi UNEC-də elmi mühitin davamlı inkişafını təmin edir.