Əsaslı kitabxana
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) yarandığı 1930-cu ildən etibarən universitetin əsas struktur bölmələrindən biri kimi fəaliyyət göstərən Əsaslı kitabxana ölkənin ən qabaqcıl akademik kitabxanalarından biridir. Kitabxana müvafiq sahədə qazanılmış zəngin təcrübənin ötürülməsini, elmi-tədqiqat prosesinin dəstəklənməsini və oxucuların fonda daxil olan nəşrlərdən sistemli ictimai istifadəsini təmin edir. Əsaslı kitabxananın fəaliyyəti funksional əsasda təşkil olunmuş şöbələr vasitəsilə həyata keçirilir.

