UNEC Diplomatiya Təşkilatı

Təşkilatın əsas məqsədi tələbələrin diplomatiya sahəsindəki fəaliyyətini dəstəkləmək, onların ideya və təkliflərini dəyərləndirmək, təhsil aldıqları ixtisas üzrə potensiallarını üzə çıxaracaq layihələr həyata keçirmək və diplomatiya sahəsində fəal iştiraklarını təmin etməkdir.

“UNEC Diplomatiya Təşkilatı” (bundan sonra “Təşkilat”) təhsil alan gənclərin inkişafını və diplomatiya sahəsində iştirakını təmin etməklə məşğul olan, təhsil müəssisəsinin ictimai həyatında diplomatik fəaliyyətin artırılması, tələbələrin intellektual potensiallarının və diplomatik bacarıqlarının inkişaf etdirilməsi, onların ideya və təkliflərinin dəyərləndirilməsi, beynəlxalq münasibətlər və politologiya sahəsi üzrə məlumatlandırılması, eləcə də bu sahələr üzrə təcrübə əldə etmələri üçün aktiv fəaliyyət göstərən tələbə təşkilatıdır.

tələbələrin diplomatiya, intellektual sahələrdə təcrübə qazanması üçün verdikləri ideya və təkliflərinin dəstəklənməsi və həyata keçirilməsi;
politologiya və beynəlxalq münasibətlərlə bağlı layihələrin təşkili və inkişaf etdirilməsi;
tələbələrin beynəlxalq məsələlərlə bağlı fikirlərinin müzakirəsi və debatların keçirilməsi;
diplomatik tədbirlərdə tələbələrin iştirakının təmin edilməsi;
tələbələrin ixtisas biliklərini artırmaq və ixtisaslarına olan maraqlarının yüksəldilməsi üçün yarışların təşkil edilməsi;
Əsasnamə

Təşkilatın xəbərləri

03 aprel 2026
UNEC-də XDİAK-4 fənni üzrə Aptis imtahanları ilə bağlı görüş keçirilib
24 fevral 2026
UNEC-də "3rd UNEC Diplomacy MUN" konfransı keçirilib
20 fevral 2026
Qazaxıstanın ölkəmizdəki səfiri UNEC tələbələri ilə görüşüb

Əlaqə

Ünvan: Bakı, İstiqlaliyyət 6 (I Tədris binası)

Telefon

+(994) 12 497-58-71

E-mail

diplomacyorganizationunec@gmail.com

Digər təşkilatlar