Sakit Yaqubov Məmədi
"Riyaziyyat və statistika" kafedrasının professoru
Bakı, Abbas Səhhət, 45 (IV Tədris binası)
+(994) 12 541-56-93; 440-79-85
s.yagubov@unec.edu.az
+(994) 12 541-56-93; 440-79-85
s.yagubov@unec.edu.az
01 iyul 1953-cü ildə anadan olmuşdur.
1969-cu ildə orta məktəbi bitirmiş və həmin il Dadaş Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun əyani şöbəsinə daxil olmuş, 1973-cü ildə həmin İnstitutu «Statistika» ixtisası üzrə bitirmişdir. 1973-1974-cü illərdə hərbi xidmətdə olmuşdur.
1990-cı ildə keçmiş SSRİ miqyasında elan olunmuş müsabiqə əsasında Moskva İqtisadi-Statistika İnstitutunun əyani doktoranturasına qəbul olunmuş və 1990-1993-cü illərdə orada təhsil almışdır. 1993-cü ildə «Statistika» ixtisası üzrə «Azərbaycanda heyvandarlığın inkişafının statistik qiymətləndirilməsi və təhlili metodologiyası » mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.

1975-1977-ci illərdə Azərbaycan SSR Mərkəzi Statistika İdarəsinin (İndiki Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi) «Kənd təsərrüfatı statistikası» şöbəsində iqtisadçı, baş iqtisadçı və müdir vəzifələrində çalışmışdır.
1977-1980-ci illərdə aspiranturada əyani təhsil almış və 1980-ci ildə Moskva İqtisadi-Statistika İnstitutunda «Statistika» ixtisası üzrə «Heyvandarlıqda əmək məhsuldarlığının iqtisadi-statistik tədqiqi» mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.
1980-1990-cı illərdə D.Bünyadzadə adına Az.XTİ-nin və Leninqrad Maliyyə-İqtisad İnstitutu Bakı filialının «Statistika» kafedrasında müəllim və baş müəllim vəzifələrində çalışmışdır.
1993-2000-ci illərdə Azərbaycan Dövlət İqtisad İstitutunun «Statistika» kafedrasında professor, 2000-ci ildən 2017-ci ilədək Azərbaycan Dövlət İqtisad Universiteti «Statistika» kafedrasının müdiri vəzifəsində çalışmışdır.
2017-ci ilin sentyabr ayından 2018-ci ilin fevral ayınadək «Statistika və ekonometrika» kafedrasının müdiri vəzifəsində çalışmışdır.
2014-2018-ci illərdə eyni zamanda UNEC-in Elm və İnnovasiyalar Mərkəzinin direktoru vəzifəsini icra etmişdir.
2018-ci ilin fevral ayindan 2021-ci ilin oktyabr ayına qədər Azərbaycan Dövlət İqtisad Universitetində Elm və innovasiyalar üzrə prorektor vəzifəsində işləmiş, 2021-ci ilin oktyabr ayında isə Azərbaycan Respublikasının Elm və Təhsil nazirinin əmri ilə Elm üzrə prorektor vəzifəsinə təyin olunmuşdur.
26.10.2023-cü il tarixə kimi bu vəzifədə çalışmışdır. UNEC-in “Riyaziyyat və statistika” kafedrasının professorudur.
2005-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə yaradılmış Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi yanında «Statistika Şurasının» hazıra qədər üzvü və 2015-ci ildən «Statistika xəbərləri» elmi-praktik jurnalının baş redaktorudur.
Professor S.M. Yaqubov hazırda Azərbaycan Respublikasında «Statistika» ixtisası üzrə yeganə elmlər doktorudur.

Azərbaycan Respublikası Prezidentinin 24 sentyabr 2020-ci il Sərəncamına əsasən Azərbaycan Dövlət İqtisad Universitetinin 90 illiyi münasibətilə və Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə “Əməkdar müəllim” fəxri adına layiq görülmüşdür.
2002-2004-cü illərdə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Ekspert Şurasının üzvü, 1994-cü ildən bu günə qədər müxtəlif ixtisaslaşdırılmış Dissertasiya Müdafiəsi Şuralarının üzvü olub. 2015-2016-cı illərdə UNEC-də fəaliyyət göstərən Dissertasiya Müdafiəsi Şurasının sədri olmuşdur.