Mehriban  Səmədova  Tofiq

Mehriban Səmədova Tofiq

"Tətbiqi iqtisadiyyat” kafedrasının dosenti

Avesis linki
Bakı, Həsən Əliyev 135 (II Tədris binası)
mehriban_samadova@unec.edu.az 
+(994) 12 564-37-10
+(994) 12 564-67-98
1982-1986-cu illərdə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Əmtəəşünaslıq fakültəsində təhsil alıb.
2003-ci ildə namizədlik dissertasiyasını uğurla müdafiə edərək iqtisad elmləri namizədi elmi dərəcəsini almışdır.
2015-cı ildə AAK tərəfindən dosent elmi adına layiq görülmüşdür.                               
 
1989-1992-ci illərdə Ticarət Nazirliyində işləmişdir.
1992-1996-ci illərdə Maliyə-Kredit Texnikumunda müəllimə işləmişdir.
1996-cı ildən «Ticarət və marketinq», sonradan «Ticarət» kafedrasında  baş müəllim işləyib.
2002-çiildən -2009-çi ilə  kimi “Kommersiya” fakültəsinə dekan müavini vəzifəsinə təyin edilmişdir.
2015-ci ilə kimi “Ticarət və gömrük işinin təşkili” kafedrasının dosenti olub.
2017 –ci ildən“Tətbiqi iqtisadiyyat” kafedrada “Beynəlxalq ticarət və logistika” və “ Marketinq”  2022 ildən “Beynəlxalq münasibətlər”  ixtisaslarin rəhbəri vəzifəsində calışır.
Hazırda UNEC-in "Tətbiqi iqtisadiyyat" kafedrasının dosentidir.
26-29 aprel 2022-ci il tarixdə UNEC-in  elmi rəhbər kimi, Təşkilat Komitəsinin XII Avrasiya İqtisadi Gənclər Forumunun (AİGF) “Rusiya və dünya yeni reallıqlarda: dünya iqtisadi münasibətlərində dəyişikliklər” forum iştirakçılarının Azərbaycan Respublikasında meydançılıgında hazırlanmasına görə təşəkkürnamənan təltif olunub.
21 dekabr 2018-ci il tarixində Dünya Azərbaycanlılarının həmrəyliyi gününə həsr olunmus UNEC-in Rus iqtisad məktəbinin təşkil etdiyi “Tələbə gəncliyi və Azərbaycan iqtisadiyyatı: gələcəyə baxış” mövzusunda V tələbə elmi konfransında kreativliyinə görə təşəkkürnamənan təltif olunub.
04 may 2018 –ci il tarixində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş UNEC Rus İqtisad Məktəbinin təşkil etdiyi “Azərbaycan iqtisadi inkişafın innovativ modelinin tətbiq edilməsi kontekstində” mövzusunda IV tələbə elmi konfransında xüsusi fərqləndiyinə görə Fəxri fərmanla təltif olunub.
2017-ci ildə Ümumdünya elm günü, sülh və inkişaf naminə, “Elm aylığı” çərçivəsində UNEC dosentlər arasında keçirilən elmi məqalə müsabiqəsində 2yeri tutduğuna görə diplomnan təltif olunub.
2021-ci ildə UNEC ilə İstanbul Universitetinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Logistikanın əsasları” təlim proqramını müvəffəqiyyətlə başa vuraraq sertifikat almışdır.
2022-ci ildə UNEC və Türkiyənin Hacettepe Universiteti tərəfindən birgə keçirilən “Təchizat zəncirinin idarə edilməsi” təlimində iştirak edərək müvafiq sertifikatla təltif olunmuşdur.
Azərbaycan Respublikası Təhsil Naziri Emin Əmrullayevin F-519 saylı 25. 11. 2020-ci il tarixli əmri ilə Azərbaycan Dövlət İqtisad Universitetinin 90 illiyi münasibətilə və təhsilin inkişafında xidmətlərinə görə, yüksək ixtisaslı peşəkar iqtisadçı kadrların hazırlanmasında səmərəli elmi-pedaqoji fəaliyyətinə görə “Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanı” ilə təltif olunmuşdur.
08.07.2025-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) 95 illiyi münasibətilə Səmərəli fəaliyyətlərinə görə UNEC-in “Fəxri Fərmanı”ilə təltif edilmişdir.
2006-cı ildə iqtisad elmləri üzrə namizədlik dissertasiyasını müdafiə etmişdir.
2007-ci ildə AAK tərəfindən iqtisad elmləri namizədi alimlik dərəcəyə layiq görülmüşdir.
2017-ci ildən fakültə Həmkarlar Təşkilatının sədri vəzifəsinə seçilməsi ilə əlaqədar  “Biznes və menecment” fakültəsinin Elmi Şurasının tərkibinə üzv seçilmişdir.
2019-cı ildə AAK tərəfindən dosent elmi adına layiq görülmüşdür.
Türkiyənin Haccettepe, Qazi və Hacı Bayram Vəli universitetlərinə işgüzar səfərdə iştirak etmişdir.
Beynəlxalq ticarət və logistika” ixtisası üzrə yeni təhsil standartlarında fənlərin vahid proqramlarının  hazırlanması üzrə işçi qrupunun üzvüdür, həmçinin bu ixtisas üzrə İxtisas Şurasının üzvüdür.
Ailəlidir, iki övladı var.

Tədqiqat sahələri: istehlak bazarı, xarici ticarət, ğömrük, nəqliyyat, logistika, təchizat zəncirinin idarə edilməsi