Vüsalə Musayeva   Hacı

Vüsalə Musayeva Hacı

“Mühəndislik və tətbiqi elmlər “ kafedrasının baş müəllimi

Avesis linki
Bakı, Murtuza Muxtarov küçəsi, 194 (III Tədris binası)
vusala.musayeva@unec.edu.az
+(994) 12 492-59-03 (13-24)
1992-ci ildə Tərtər rayon 1 saylı orta məktəbi gümüş  medalla bitirmişdir.
1993-1997-ci illərdə Bakı Əmtəəşünaslıq Kommersiya İnstitutunun “Qeyri-ərzaq malları əmtəəşünaslığı” ixtisası üzrə bakalavr, 1997-1999-cu illərdə isə  həmin institutun  eyniadlı ixtisası üzrə magistr səviyyəsində təhsil alaraq  fərqlənmə diplomları ilə bitirmişdir.

2014-ci ildən AMEA-nın  Mikrobiologiya İnstitutunun dissertantı  olmuş, dissertasiya  işini müvəffəqiyyətlə müdafiə edərək Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 24 noyabr 2022-ci il tarixli qərarı ilə biologiya elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır.
1999-cu ildə Bakı Əmtəəşünaslıq Kommersiya İnstitutunun “Qeyri-ərzaq mallarının əmtəəşünaslığı” kafedrasında baş laborant kimi əmək fəaliyyətinə başlamışdır.
2000-ci ildən saathesabı dərs aparmışdır. 2001-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “İstehlak mallarının ekspertizası” kafedrasının müəllimi, 2003-cü ildən baş müəllim vəzifəsində çalışmış, 2020-ci ildən  isə “Mühəndislik və tətbiqi elmlər “ kafedrasının  baş müəllimidir.

Mühəndislik fakültəsinin Elmi Şurasının elmi katibidir.
BMDM-in  060644 “İstehlak mallarının ekspertizası və marketinqi” ixtisası üzrə yaradılmış  magistr dissertasiyalarının müdafiəsi şurasının elmi katibidir.
Mühəndislik fakültəsi üzrə YAP koordinatorudur.
Özünütəkmilləşdirmə istiqamətində bir çox təlim, seminar və kurslarda iştirak edərək 40-dan çox  beynəlxalq və yerli sertifikat, fəxri fərman və təşəkkürnamə almışdır.
UNEC-in 90 illik yubileyinin hazırlanmasında yüksək ixtisaslaşmış mütəxəssislərin xidmətlərinə əsaslanaraq UNEC rektorunun Fəxri Fərmanı ilə təltif edilmişdir.
Təvəllüd: 14.06.1975, Tərtər  rayonu.

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC)  tədrisin keyfiyyətinin yüksəldilməsi, onun təşkili prosesində mövcud problemlərin müəyyən edilməsi üçün “keyfiyyət elçisi” vəzifəsinə seçilmişdir.
2018-ci ildə UNEC tərəfindən Türkiyənin Uludağ Universitetinə ezam olunaraq təcrübə mübadiləsində iştirak etmişdir.

AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 18 dekabr 2024-cü il tarixli 3-17/3-2-209/2024  saylı əmrinə əsasən  Emal sənayesində bacarıqların inkişaf etdirilməsi üzrə sahə komissiyasının üzvüdür
Qərbi Azərbaycan İcmasının (QAİ) Qadınlar Şurasının üzvüdür.
Ailəlidir, bir övladı var.