Xaliq  Aslanov  Məhər

Xaliq Aslanov Məhər

"Riyaziyyat və statistika" kafedrasının dosenti

Avesis linki
Bakı, Abbas Səhhət, 45 (IV Tədris binası)
+(994) 12 541-56-93; 440-79-85
4 mart 1972-ci ildə Azərbaycan Respublikasının Tovuz rayonunda  anadan olmuşdur.
1994-cü ildə Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsini fərqlənmə diplomu ilə bitirmiş və həmin ildə aspiranturaya qəbul olunmuşdur.
1997-ci ildə namizədlik dissertasiyası müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi almışdır.
1995-1998-ci illərdə Bakı Ali Ümumqoşun Məktəbində müəllim, 1998-1999-cu illərdə AMEA-nın Kibernetika İnstitutunda elmi işçi işləmişdir.
1999-2001-ci illərdə Azərbaycan Texniki Universitetində müəllim vəzifəsini tutmuşdur.
2001-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetində çalışır.
Azərbaycan Respublikası Prezidenti Yanında Ali Attestasiya Komissiyasının 2005-ci il tarixli qərarı ilə ona riyaziyyat kafedrası üzrə dosent elmi adı verilmişdir.
Hazırda “Riyaziyyat və statistika” kafedrasının dosentidir.

Evlidir, iki övladı var.