1962-ci il may ayının 12-də Şəki şəhərində anadan olub.
1979-cu ildə Şəki M.F.Axundov adına orta məkətəbi bitirib, 1980-ci ildə Bakı Mədəni-Maarif Texnikumunun kitabxanaçılıq fakültəsinə daxil olub, 1982-ci ildə həmin texnikumu bitirib.
1982-ci ilin avqust ayından 1990-cı ilin ilyul ayına qədər Şəki Şəhər MKS-də çalışıb. Bu illər ərzində əvvəlcə biblioqraf, sonra böyük biblioqraf, daha sonra oxu zalının müdiri və xidmət şöbəsinin müdiri vəzifəsində çalışıb.
1998-ci ilin iyun ayından etibarən ADİU (UNEC)-də çalışır.
Əvvəlcə Əsaslı Kitabxananın xidmət şöbəsində, hal-hazırda KİM 1 Saylı Kitabxanasında kitabxanaçı kimi çalışır.
Internetdə, sosial şəbəkələrdə, kitabxana üçün nəzərdə tutulmuş proqramlarda sərbəst işləyir.
Çalışdığı müddətdə, dəfələrlə pul mükafatları, təşəkkürnamə, tərifnamə almışdır.
2020-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) 90 illiyi münasibətilə Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə və səmərəli fəaliyyətlərinə görə Azərbaycan Təhsil Nazirliyinin Fəxri Fərmanına layiq görülmüşdür.