Avropa İqtisadiyyatı Tədqiqat Mərkəzi

Avropa İqtisadiyyatı Tədqiqat Mərkəzi  Azərbaycan Dövlət İqtisad  Universitetinin Elmi Şurasının 28 aprel 2017-ci il tarixli iclasının  EŞ-151№-li Qərarı və UNEC rektorunun 319/3/2017 №-li əmrinə əsasən yaradılıb.

UNEC rektorunun 271/3/2019 №-li  əmrinə əsasən mərkəzə ictimai əsaslarla rəhbərlik Almaniyanın Bohum Ruhr Universitetinin Beynəlxalq inkişaf emləri üzrə fəlsəfə doktoru, Almaniya vətəndaşı Elkhan Richard Sadik-Zadaya həvalə edilmişdir.

MƏQSƏDİMİZ:

İqtisadi və sosial elmlər üzrə elmi tədqiqatlar aparmaq, tədqiqat
nəticəsində ortaya çıxan problem, təklif və tövsiyələri elmi mühit,
cəmiyyət, dövlət və özəl sektor qurumları ilə bu və digər
formada bölüşmək; tədqiqatların aparılmasını təşviq 
etmək
və bu sahədə qarşıya çıxan problemlərin həlli istiqamətində
təkliflər vermək; qanunvericiliklə müəyyən edilmiş digər
istiqamətlərdə fəaliyyət göstərmək.

VƏZİFƏLƏRİMİZ:

1. Elmi tədqiqat işləri və layihələri həyata keçirmək;
2. Beynəlxalq və milli konfranslar, simpoziumlar, seminarlar, dəyirmi masalar, təlimlər təşkil etmək;
3. Müxtəlif dillərdə nəşrlər hazırlayıb çap etdirmək;
4. Hesabatlar, kitabçalar, tədqiqat sənədləri, məqalələr, bülletenlər, kitablar və s. hazırlamaq;
5. Ölkə daxilində və xaricdə yerləşən tədqiqat mərkəzləri, institutlar, universitetlər və özəl sektor təmsilçiləri ilə əməkdaşlıq etmək;
6. Fəaliyyət istiqamətləri üzrə daxil olan müraciətlərə və sorğulara qanunvericiliyə uyğun olaraq baxılmasını təmin etmək;
7. Səlahiyyətləri çərçivəsində universitetin inkişaf konsepsiyasının həyata keçirilməsini təmin etmək;
8. Mərkəzin iş planını və fəaliyyəti ilə bağlı hesabatlar hazırlamaq;
9. Mərkəz tərəfindən fəaliyyət prosesində qanunvericiliyə uyğun olaraq xidməti məlumatların qorunmasını təmin etmək;
10. Fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericilkdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək;

Mərkəzin üzvləri:

Последние новости

28 ноября 2025
Руководитель Научно-исследовательского центра UNEC Эльхан Ричард Садыхзаде входит в число самых авторитетных ученых мира
22 ноября 2024
Almaniyalı alim COP29-a səfəri çərçivəsində UNEC-i ziyarət edib

Связаться с нами

Ünvan: Bakı, İstiqlaliyyət küç. 6, Əsas tədris binası

Телефон

+(994) 12 492-57-31

Электронная почта

aimerkezi@unec.edu.az

Digər Tədqiqat Mərkəzləri