İslam İqtisadiyyatı və Maliyyəsi Tədqiqat Mərkəzi

13 sentyabr 2023-cü il tarixində Meybullayev İslam İqtisadiyyatı Mərkəzi və UNEC İslam Maliyyə Mərkəzinin əsasında yaradılıb.

Mərkəz verilən səlahiyyətlər çərçivəsində islam iqtisadiyyatının öyrənilməsi, biliklərin yayılması və inkişaf etdirilməsi məqsədilə işlərin təşkilini həyata keçirir.

Mərkəz fəaliyyətini mövcud qanunvericiliyə uyğun olaraq dövlət, özəl və xarici müəssisələrlə bağlanmış müqavilələr əsasında həyata keçirir.

Mərkəz öz vəzifələrini və hüquqlarını həyata keçirərkən UNEC-in struktur bölmələri, dövlət orqanları, elm və təhsil qurumları, korporativ sektor və digər təşkilatlarla qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

Məqsədimiz:

 

- ölkədə islam iqtisadiyyatı sahəsində biliyin yayılması və inkişaf etdirilməsi;
- islam iqtisadiyyatı sahəsində tədqiqatların həyata keçirilməsi və çap nəşrlərinin buraxılması;

- islam iqtisadiyyatı üzrə konfransların, seminarların, simpoziumların və başqa intellektual diskussiyaların keçirilməsi;
- ölkənin maliyyə sisteminə, o cümlədən yerli, xarici və beynəlxalq təşkilatlarla həyata keçirilən birgə layihələr çərçivəsində qabaqcıl islam bank xidmətləri və texnologiyaların tətbiqi;
- müvafiq sahənin inkişafının təmin edilməsi.

Vəzifələrimiz:

 

- islam iqtisadiyyatının inkişaf etdirilməsi istiqamətində başqa təhsil mərkəzləri ilə əməkdaşlıq;
- islam iqtisadiyyatı sahəsində araşdırmalar aparmaq və müvafiq tədbirlərin görülməsinə dair təkliflər vermək;
- islam iqtisadiyyatı sahəsində tətqiqatçıların zəruri iqtisadi informasiya ilə təmin edilməsi üçün tədbirlər görmək;
- islam iqtisadiyyatının öyrənilməsi üçün tədris proqramları və metodik vəsaitlərin hazırlanması;
- islam iqtisadiyyatı ilə əlaqədar beynəlxalq tədqiqatları müntəzəm təhlil etmək islam iqtisadiyyatının inkişafı istiqamətində təkliflər vermək.

Mərkəzin üzvləri:

Связаться с нами

Ünvan: Bakı, İstiqlaliyyət küç. 6, Əsas tədris binası

Телефон

+(994) 012 492 57 31

Электронная почта

miimerkezi@unec.edu.az

Digər Tədqiqat Mərkəzləri