Fəridə Əliyeva  Bilal

Fəridə Əliyeva Bilal

“Humanitar fənlər” kafedrasının baş müəllimi

Ссылка Avesis
Bakı, Həsən Əliyev, 135 (II Tədris binası)
Əliyeva Fəridə Bilal qızı 29 oktyabr 1957-cı ildə Naxçıvan şəhərində anadan olmuşdur.
1963-cü ildə Naxçıvan şəhəri C.Məmmədquluzadə adına 2 № li orta məktəbə daxil olmuşdur, 1973-cü ildə həmin məktəbi bitirmişdir.
1977-ci ildə Naxçıvan Dövlət Pedoqoji İnstitutunun “Coğrafiya fakültəsini” (indiki Naxçıvan Dövlət Universiteti) bitirmişdir.
İnstitutda oxumaqla bərabər musiqi məktəbində “Musiqi nəzəriyyəsi” dərsi demişdir.
1982-ci ildə  C.Naxşıvanski adına orta məktəbdə 1996-cı ilə qədər coğrafiya müəlliməsi işləmişdir.
1998-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin «İqtisadi coğrafiya» kafedrasında laborant, 2000-ci ildən (0,5 ştat) müəllim işləmişdir.
2001-ci ildən həmin kafedrada tam ştatlı baş müəllim vəzifəsinə təyin olunmuşdur.
2005-ci ildən «Ətraf mühitin mühafizəsi və iqtisadiyyatı» kafedrasının dissertantı. Namizədlik dissertasiyası müzakirə üçün kafedraya təqdim etmişdir.
Hazırda “Humanitar fənlər” kafedrasında baş müəllim kimi fəaliyyət göstərir.
Ailəlidir, üç övladı var.