Könül   Rəhimova  Elbrus

Könül Rəhimova Elbrus

“Mühəndislik və tətbiqi elmlər” kafedrasının dosenti

Ссылка Avesis
Bakı, Murtuza Muxtarov küçəsi, 194 (III Tədris Binası)
+(994) 12 492-59-03 (13-24)
konul.rahimova@unec.edu.az
3 noyabr 1972-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. Atası- İmanov Elbrus Şirulla oğlu kimya elmləri namizədi, anası -İmanova Cənubə xanım Baba-Əli qızı isə tibb sahəsində çalışan mütəxəssis olublar. O, 1979–1989-cu illərdə Bakı şəhəri 249 nömrəli orta məktəbdə təhsil almışdır. 1989-cu ildə Ç. İldırım adına Azərbaycan Dövlət Politexnik İnstitutuna qəbul olunmuşdur. 1995-ci ildə Azərbaycan Politexnik İnstitutunun (indiki Azərbaycan Texniki Universiteti – AzTU) Metallurgiya fakültəsini “Ovuntu kompozisiya materialları və örtükləri” ixtisası üzrə bitirmiş, mühəndis-metallurq ixtisasına yiyələnmişdir.
2012-ci ildə AzTU-nun “Materiallar texnologiyası” ixtisası üzrə doktoranturasına qəbul olunmuş, “Texnogen tullantıların metal məmulatlar istehsalında səmərəli tətbiq yolları” mövzusunda dissertasiya işini tamamlamış və 14 dekabr 2014-cü ildə uğurla müdafiə etmişdir. 22 dekabr 2017-ci il tarixli qərarla ona texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmişdir.
Əmək fəaliyyətinə 1989-cu ildə Azərbaycan Milli Elmlər Akademiyasında başlamışdır. Daha sonra 1989–1993-cü illərdə Ozon zavodunda Mərkəzi laboratoriyada çalışmışdır. 1993–2006-cı illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin “Ətraf mühitin mühafizəsi və iqtisadiyyatı” kafedrasında böyük laborant və saat hesabı müəllim kimi fəaliyyət göstərmişdir.
2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Dayanıqlı inkişaf və ətraf mühitin mühafizəsi” fənni üzrə dərs demişdir. 2017–2024-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “Mühəndislik” fakültəsinin “Mühəndislik və tətbiqi elmlər” kafedrasında müəllim, baş müəllim vəzifəsində çalışmışdır. 2025-ci ildən etibarən həmin kafedrada dosent vəzifəsində fəaliyyətini davam etdirir.
Fəaliyyəti dövründə əmək təcrübəsi çərçivəsində mentorluq fəaliyyəti ilə bağlı bir sıra Ankara Dövlət Universitetlərinə ezam olunmuşdur. Eyni zamanda, Dərbənd Dövlət Universitetinin filialında dərs keçmək məqsədilə ezam edilmişdir.”

2020-ci ildə UNEC-in 90 illik yubileyi münasibəti ilə Yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasındakı xidmətlərinə görə Fəxri Fərmanla təltif edilmişdir.
2025-ci ildə UNEC-in 95 illik yubileyi münasibəti ilə Mühəndislik təhsilinin inkişafında göstərdiyi fəaliyyətə görə Fəxri Fərmanla təltif edilmişdir.

Beynəlxalq sertifikatlar
“Makine Mühendisliğine Giriş” — Yıldız Teknik Universiteti Sürekli Eğitim Mərkəzi (200 saatlıq təlim, 2020–2021).
ITCHS 2022 – 5th International Turkish Conference on Humic Substances, Baku.
ICINSE 2022 – 4th International Conference on Innovations in Natural Science and Engineering, Baku.
ExLC 2022 – Experiential Learning Conference – Speaker Certificate, European Azerbaijan School.
Experiential Learning Conference 2021 – Attendance Certificate.
Interactive Education in University Systems – Paris-Sorbonne University Abu Dhabi (Quba, 2016).
ITME-2016 – International Scientific-technical conference on mechanical engineering.
Cambridge University Press Journals & eBooks / EBSCOhost – Training Certificate (2019).
18th International Conference On Engineering & Natural Sciences  November 27-29, 2025 Kyrenia, TRNC

UNEC və ölkədaxili sertifikatlar
“Distant təhsildə tədrisin təşkili və metodiki təminatı” (UNEC EXTERN, 2020).
“Tədris materiallarının keyfiyyətinin yüksəldilməsi və beynəlxalq standartlara uyğunlaşdırılması” (UNEC Quba, 2018).
“Emal üsulları və alətlər” (Qazi Universiteti və UNEC).
“Materialşünaslıq” (30 saatlıq təlim, UNEC).
“Proktor Sertifikat Proqramı” (UNEC, 2019–2020).
“Aerokosmik tədqiqatlar: nailiyyətlər, problemlər və perspektivlər” — Müdafiə Sənayesi Nazirliyi və Milli Aerokosmik Agentlik.
“Inclusive Higher Education: International Trends and UNEC Experience”.
UNEC Lifelong Learning Center – Digital Skills Certificate.

Təşəkkürnamələr
Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Azərbaycanda mühəndislik sahələrinin inkişafı: prioritetlər və çağırışlar” mövzusunda tələbə konfransının təşkilində fəal iştirakına görə UNEC Mühəndislik fakültəsinin Tələbə Elmi Cəmiyyəti və Mentorluq Xidməti tərəfindən.
Heydər Əliyevin 101 illiyi və “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən “Sənaye və yaşıl transformasiya: reallıqlar və perspektivlər” mövzulu tələbə konfransının həyata keçirilməsində göstərdiyi fəaliyyətə görə.
“UNEC Günü” münasibətilə — Universitet həyatında fəal iştirakına görə UNEC rəhbərliyindən təşəkkürnamə.

Ailəlidir, üç övladı var.
UNEC-də “Mühəndislik” fakültəsinin baş mentorudur.
Fakültə Elmi Şurasının üzvüdür.
Nizam-imtizan komissayasının üzvüdür.
2001-ci ildən Yeni Azərbaycan Partiyasının (YAP) üzvüdür və universitet, eləcə də digər qurumlarda ictimai layihələrin təşkili və həyata keçirilməsində fəal iştirak edir.