Mehriban Məhərrəmova   Həmid

Mehriban Məhərrəmova Həmid

“Mühəndislik və tətbiqi elmlər” kafedrasının dosenti, Qida Təhlükəsizliyi Agentliyi (AQTA) yanında İctimai Şuranın sədri

Ссылка Avesis
Bakı, Murtuza Muxtarov küçəsi, 194 (III Tədris binası)
+(994) 12 492-59-03 (13-24)
7 iyul 1970-ci ildə Bakı şəhərində anadan olmuşdur.
1977–1987-ci illərdə Bakı şəhərində yerləşən 211 saylı orta məktəbdə təhsil almışdır.
Orta təhsilini başa vurduqdan sonra 1987-ci ildə Bakı Dövlət Universitetinin Biologiya fakültəsinə daxil olmuş və 1992-ci ildə həmin fakültəni müvəffəqiyyətlə bitirmişdir.
Elmi-pedaqoji fəaliyyətini davam etdirən Mehriban Məhərrəmova 2010-cu ildə «Meşə ekosistemlərində maya göbələklərinin sinekologiyası» mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülmüşdür -
10 noyabr 2010-cu il tarixli (protokol №35-k).
2017-ci ilə qədər Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “Qida məhsulları texnologiyası” kafedrasında müəllim, baş müəllim və dosent vəzifələrində çalışmışdır.
2017-ci ilin aprel ayından 2020-ci ilə qədər həmin kafedranın müdiri vəzifəsini icra etmiş, bu dövrdə tədris prosesinin təşkili, elmi-tədqiqat işlərinin koordinasiyası və kadr hazırlığı sahəsində mühüm fəaliyyət göstərmişdir.
Hazırda UNEC-in “Mühəndislik və tətbiqi elmlər” kafedrasında dosent vəzifəsində çalışır, “Qida mühəndisliyi” ixtisasın rəhbəri.

2026-cı ildən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) yanında İctimai Şuranın sədri seçilib.
2020-ci il 25 noyabr tarixli F-519 nömrəli əmri ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Qabaqcıl Təhsil İşçisi Döş Nişanı ilə təltif olunub.
30.08.2024-cü ildə Beynəlxalq Elmlər Akademiyası H&E tərəfindən baş katib diplomu (№104Az-24) almışdır.
2025-ci ildə Yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasındakı xidmətlərinə görə və UNEC-in yaradılmasının 95 illik yubileyi münasibətilə Fəxri Fərmanla təltif edilib.
Scopus: https://www.scopus.com/authid/detail.uri?authorId=59347280300&origin=resultslist
Google scholar: https://scholar.google.com/citations?hl=ru&user=vlji8TUAAAAJ
Orcid: https://orcid.org/0000-0002-8359-5112

Ailəlidir, 2 qızı var.