Xanım Tədqiqatçılar Şurası Tədqiqat Mərkəzi

Xanım tədqiqatçılar şurası  Azərbaycan Dövlət İqtisad  Universitetinin Elmi Şurasının 27 fevral 2018-ci il tarixli iclasının 157№-li Qərarı və UNEC rektorunun 219/3/2018-li əmrinə əsasən yaradılıb.

Xanım Tədqiqatçılar Şurasının əsas məqsədi sosial elmlərin ən aktual mövzuları üzrə yerli və beynəlxalq qadın tədqiqatçıları və alimləri bir araya gətirərək elmə akademik töhfələr verməkdir.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nəzdində fəaliyyət göstərən UNEC Xanım Tədqiqatçılar Şurası ictimai elmlər, o cümlədən siyasi elmlər, beynəlxalq hüquq, siyasi iqtisadiyyat və digər əlaqəli sahələrdə elmi və təhsil layihələri üzrə kampus daxilində və xaricində qadın tədqiqatçıların və alimlərin beynəlxalq tədqiqat şəbəkəsidir.

UNEC Xanım Tədqiqatçılar Şurası kampusda və ondan kənarda qadın alimlərə və tədqiqatçılara müxtəlif beynəlxalq proqramlar, seminarlar, konfranslar və tədqiqat təqaüdləri üçün müraciət etməkdə kömək etmək üçün çalışır. 

Bundan əlavə, o, qadın tədqiqatçıların və alimlərin tədqiqat maraq sahələrinə aid materialları UNEC icmasına təqdim edir. Xanım Tədqiqatçılar Şurası qadınların yaratdığı akademik təşəbbüslərə və layihələrə böyük diqqət yetirməklə qadın mərkəzli tədqiqat fəaliyyətlərini dəstəkləyir.

XTŞ icmasına siz də qoşulun və elmə birgə faydalı töfhələr verək!
UNEC Xanım Tədqiqatçılar Şurasına tədqiqatçı kimi üzv olmaq istəyənlər UNEC XTŞ-ın üzvü olmaqda maraqlı olduğunu bildirərək, öz CV-nizi və tədqiqata marağı barədə niyyət məktubunu wrc@unec.edu.az ünvanına göndərə bilərlər. Üzvlük şərtləri haqqında ətraflı öyrənmək üçün wrc@unec.edu.az ünvanına müraciət edə bilərsiniz.

 Əsasnamə

Mərkəzin üzvləri:

Nərgiz Hacıyeva Üzeyir

Şöbə müdiri

İza Qiqauri

Gürcüstanın St.Andrey Universitetinin dosenti

Zarina Burkadze

Gürcüstanın İlya Dövlət Universitetinin Siyasi Elmlər kafedrasının dosenti

Ana Belén Perianes Bermúdez

İspaniyanın Gutierrez Mellado Universitetinin dosenti

Szilvia Kovacs

Macarıstanın Dunaújváros Universitetinin doktorantı

Ülke Hilal Çelik

Atatürk Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin dosenti

Orsolya Falus

Macarıstanın Pecs və Dunaújváros Universitetlərinin dosenti

Solmaz Əliyeva

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində “Neftin, qazın geotexnoloji problemləri və kimya” Elmi Tədqiqat İnstitutunun elmi işçisi

Tekla Szep

Macarıstanın Miskolc Universitetinin dosentidir.

Catherine Odorige

Macarıstan Dunaújváros Universitetinin Sosial Elmlər İnstitutunun dosenti

Monika Garai Fodor

Macarıstanın Obuda Universiteti, Károly Keleti Biznes və İdarəetmə Fakültəsinin dosenti

Ana-Maria Bolboriçi

Rumıniyanın Brasov Transilvaniya Universitetinin Sosiologiya və Kommunikasiya fakültəsinin dosenti

Ramona Rupeika-Apoqa

Latviya Universitetinin professoru

Alina Cristina Nuta

Rumıniyanın Danubius Universitetinin Açıq, Onlayn və Distant Təhsil üzrə Departamentin rəhbəri, professor

Ewelina İdziak

Polşanın Wroclaw WSB Universitetinin baş müəllimi (Vroslav/Polşa)

Katarina Aškerc Zadravec

Lyublyana Biznes Məktəbinin keyfiyyət və beynəlmiləlləşdirmə üzrə dekan müavini, dosent (Lyublyana/Sloveniya)

Kiran Sood

Hindistanın Çitkara Biznes Məktəbinin professoru (Çandiqarh/Hindistan)

Lamiyə Rzayeva-Əhmədli İmdat

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi

Ləman Əlirzayeva

“Mühəndislik və tətbiqi elmlər” kafedrasının müəllimi

Mária Bartekova Kmety

Bratislava İqtisad Universitetinin dosenti (Bratislava/Slovakiya)

Natia Surmanidze

Gürcüstan Universitetinin Biznes və İnzibati Araşdırmalar Məktəbinin Keyfiyyətin İdarəedilməsi üzrə meneceri, PhD (Tblisi/Gürcüstan)

Ornela Ramašauskaitė

Kaunas Texnologiya Universitetinin doktorantı (Kaunas/Litva)

Xihui Haviour Chen

Böyük Britaniyanın Keele Universitetinin dosent (Keele/Böyük Britaniya)

Son Haberler

23 Mayıs 2025
UNEC-in gənc alimi "Novaya Epoxa" xəbər platformasına müsahibə verib
14 Mart 2025
UNEC-in gənc alimi ETH Sürixin dəvəti ilə beynəlxalq seminarda çıxış edib
24 Şubat 2025
UNEC-in gənc aliminin məqaləsi Böyük Britaniyanın nüfuzlu jurnalında nəşr olunub

Bize ulaşın

Ünvan: Bakı, İstiqlaliyyət küç. 6, Əsas tədris binası

Telefon

(+994) 70 242 90 10

E-posta

wrc@unec.edu.az ; nargiz_hajiyeva@unec.edu.az