Aynur  Hüseynova  Fərman

Aynur Hüseynova Fərman

Avesis linki
Ünvan: Bakı, Həsən Əliyev küçəsi, 135
Telefon: +(994) 12492-59-03 (1332)

E-mail: 
07.02.1978-ci ildə Bakı şəhərində anadan olub. 
1994-cü ildə Nizami rayonu 220 saylı orta məktəbi əla qiymətlərlə bitirib.

1994-cü ildə “Qida məhsullarının texnologiyası” ixtisası üzrə Bakı Əmtəəşünaslıq-Kommersiya İnstitutuna qəbul olub və 1999-cu ildə həmin institutu fərqlənmə diplomu ilə bitirərək bakalavr dərəcəsi alıb.
1999-cu ildə Bakı Əmtəəşünaslıq-Kommersiya İnstitutununda “Qida məhsullarının texnologiyası” istiqaməti üzrə magistraturaya daxil olub və 2001-ci ildə fərqlənmə diplomu ilə bitirərək magistr elmi dərəcəsi alıb.
AMEA-nın “Zoologiya” İnstitutunun dissertantıdır. 
1995-2000-ci illərdə Bakı Əmtəəşünaslıq-Kommersiya İnstitutunda  müxtəlif vəzifələrdə (kargüzar, laborant, böyük laborant) çalışıb.
2000-2021-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində “Qida məhsullarının texnologiyası”, “İstehlak mallarının ekspertizası” kafedralarında laboratoriya müdiri vəzifəsində çalışıb.
İşlədiyi müddət ərzində bir neçə il saat hesabı qaydada dərslər tədris edib.

2021-ci ildən hal hazıradək UNEC-in “Laboratoriyaların İşinin Təşkili Mərkəzi”ndə “Ekologiya mühəndisliyi” laboratoriyasının böyük laborantıdır.
Bir neçə tezis və məqalənin müəllifidir.
Ailəlidir, üç övladı var.