Mətanət Həsənova Samik

Mətanət Həsənova Samik

“İctimai idarəetmə və sosial innovasiyalar” kafedrasının baş müəllimi

Avesis linki
Bakı, Həsən Əliyev, 135 ( II Tədris binası)
492-59-03 (12 18)
Həsənova Mətanət Samik qızı  07 noyabr 1976-ci ildə Bakı səhərində anadan olmuşdur.
1992-cü ildə  213 saylı orta məktəbi bitirmişdir.
1993-cü ildə  Azərbaycan Dövlət İqtisad İnstitutunun  “Uçot-iqtisad” fa­kül­təsinin “Mühasibat uçotu və audit” ixtisasına qəbul olunmuş,1998-cu ildə isə bakalavr dərəcəsi üz­rə bitirmişdir.
2002-ci ildə  Azərbaycan Dövlət İqtisad Universitetinin ma­gistratura pilləsinə qəbul olunmuş, və 2005- ci ildə “Gömrük işinin təşkili” ix­ti­sa­sı üzrə fərqlənmə diplomu ilə bitirmiş və magistr dərəcəsi almışdır.
2016-ci ildən “Az.ETKTİ və Tİ”  dissertanturaya qəbul olmuşdur. 5312.01-“Sahə  iqtisadiyyatı ” ixtisası üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “İxrac yönümlü kənd təsərrüfatı istehsalının inkişaf problemləri” adlı  dissertasiya işini yekunlaşdırmışdır.
“Sosial sferanın iqtisadiyyatı və idarə edilməsi “ kafedrasında baş laborant vəzifəsində calişmış,  2011 –ci ildən  saat hesabı dərsləri aparmışdır. Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) 02.11.2015-ci il tarixdən “Sosial sferanın  iqtisadiyyatı və idarə edilməsi” kafedrası üzrə 05 ştat müəllimə vəzifəsinə tövsiyyə edilmişdir.
Hazırda “İctimai idarəetmə və sosial innovasiyalar” kafedrasının baş müəllimidir.
“Sosial sahələrin iqtisadiyyatı”, “Təhsil sferasının iqtisadiyyatı”, “Peşə etikası və etiket” fənlərini tədris edir.
14 məqalə və tezisin müəllifidir.

ELMİ ƏSƏRLƏRİNİN SİYAHISI
Tədris vəsaitləri 
 
1. Tomas Neql “Qiymətəmələgəlmənin strategiya və taktikası” /rus dilindən tərcümə/ ; 3-cü buraxılış ; 2009. Müəllif qrupu
2. A.D.Çudakov “Qiymətlər və qiymətin əmələ gəlməsi” /rus dilindən tərcümə/ ali məktəblər üçün dərslik ; 2011 Müəllif qrupu
3. Bakalavr hazırlığı üçün “SOSİAL İQTİSADİYYAT” fənni üzrə proqram. Bakı 2024.
4. Bakalavr hazırlığı üçün “KEYS MENECMENT” fənni üzrə proqram /çapdadır/

Ailəlidir, iki övladı var.