UDİD proqramları

Page Image

UDİD proqramı — “Uluslararası Düzeyde İkili Diplom” və ya “İki Diplomlu Təhsil” proqramı adətən ikili diplom proqramlarını (double degree, dual diploma) nəzərdə tutur və tələbələrə eyni vaxtda iki universitetdən – biri yerli, biri xarici olmaqla – diplom alma imkanı verir.

 

UDİD proqramı öz ixtisasınız ilə yanaşı seçdiyiniz ikinci
ixtisasın bilik və bacarıqlarının mənimsənilməsinə şərait
yaradan təhsil proqramıdır. UDİD proqramı ilə tələbə II
kursdan başlayaraq seçdiyi ikinci ixtisas üzrə 11 ixtisas fənni
dinləyəcək və onun istehsalat təsrübəsini keçəcəkdir.

Proqram əsasında tələbə məzun olduqda iki ixtisas üzrə iki
diplom qazanır. UDİD proqramını seçməklə tələbə rəqabətə
davamlı peşəkar kadr kimi formalaşıb əmək bazarında layiqli yer
tutmaq imkanı əldə edəcək.
UNEC-in bir ixtisasına qəbul ol, iki ixtisas üzrə peşəkar kadr ol!

Kimlər müraciət edə bilər?

UNEC tələbələri

UDİD proqramına qeydiyyat

30 iyun -15 avqust

UDİD-ə nə vaxt qoşulmaq olar?

UDİD Proqramına təhsilinin üçüncü semestrindən etibarən əyani və qiyabi təhsil alan bakalavrlar qoşula bilər

Universitet Daxili İki Diplom (UDİD) proqramı təhsil aldığı müddətdə bakalavrlara unikal imkan yaradan üstünlükdür. Proqram tələbəyə dörd il ərzində iki ayrı ixtisas üzrə diploma sahib olmaqla, gələcəkdə əmək bazarında layiqli yer tutmaq və onun tələblərinə çevik uyğunlaşmaq imkanı verəcək. 

UDİD proqramının məqsədi “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”ndan irəli gələn tələbləri icra etmək, bakalavrlara qəbul olunduğu ixtisasla yanaşı, ikinci ixtisas üzrə də bakalavr dərəcəsi vermək, gələcəkdə əmək bazarında layiqli yer tutmaq üçün imkan yaratmaqdan ibarətdir. 

Sıkça Sorulan Sorular

UDİD proqramında təhsil müddətində birinci ixtisas üzrə nəzərdə tutulan fənlər üzrə kreditləri qazanan və ayrı-ayrı fənlərdən müvəffəqiyyət göstəricisi 81-100 bal arasında olan I kursu bitirmiş tələbələr iştirak edə bilər. Onlar semestrin başlanğıcına üç həftə qalanadək rektorun adına yazılı formada ərizə ilə müraciət edə bilərlər. Semestrin başlanğıcına iki həftə qalanadək isə müraciətlər qəbul komissiyası tərəfindən qəbul prosesinin təşkili qaydalarına uyğun dəyərləndirilir və proqrama qəbul edilən tələbələrin siyahısı elan edilir.

UDİD proqraminda iştirak ödənişlidir. Tələbələrin ikinci ixtisas üzrə dinlədiyi fənlər üzrə təhsil haqqının məbləği fənlərin kredit sayına uyğun olaraq həmin ixtisas üzrə bir kredit üçün müəyyənləşdirilir.

UDİD proqramına qəbul edilən tələbələr üçün əlaqədar ixtisasların təhsil standartları, tədris planları, ixtisas üzrə məzunlarının əldə etməli olduğu bilik, bacarıq və vərdişlər, tədrisi nəzərdə tutulan fənlərin sillabusları dəyərləndirərək, xüsusi tədris qrafikləri hazırlanır. Bu qrafiklər əsasında hər bir tələbə üçün akademik məsləhətçilərin köməyi ilə semestr başlamazdan əvvəl fərdi tədris planları tərtib olunur ki, burada tələbənin həm birinci, həm də ikinci ixtisasda dinləməsi tələb olunan bütün fənlər qeyd olunur.

UDİD proqramında iştirak edən tələbələr ikinci ixtisas fənnlərinin kreditlərini yalnız UNEC-də toplamalıdır. Tələbə UDİD Proqramı üzrə müvəffəqiyyətsiz olduğu fənni bu fənnin açılacağı ilk semestrdə təkrarlayır. Tələbə müvəffəqiyyətsiz olduğu seçmə fənnin yerinə akademik məsləhətçinin köməyi ilə yeni fənn seçə bilər. UDİD proqramı tələbəsi yay semestrində də iştirak edə bilər.

UDİD proqramında iştirak edən tələbələr göstəriciləri uyğun gəldiyi halda UNEC tələbələri üçün təklif olunan bütün mübadilə proqramlarına qatıla bilərlər. Əsas ixtisas proqramı üzrə akademik məzuniyyət verilən tələbə isə UDİD proqramı üzrə də akademik məzuniyyətdə hesab edilir.

UDİD və MİNOR proqramlarının yalnız birinə qoşulmaq olar. UDİD Proqramını hər hansı səbəbdən yarımçıq qoyan tələbə, şərtlər uyğun gələrsə ikinci təhsilini MİNOR Proqramı çərçivəsində davam edə bilər.

UDİD Universitet Daxili İki Diplom Proqramı - “DÖRD İLDƏ İKİ DİPLOM”

Tələbənin UDİD proqramına ilkin müraciət forması

İletişim