Departament universitetin beynəlxalq əlaqələrinin inkişaf etdirilməsi, qlobal təhsil və elm məkanına inteqrasiyasını təmin edən əsas struktur bölmələrdən biridir.
Beynəlxalq Əməkdaşlıq Departamenti (Əvvəlki Beynəlxalq Əlaqələr Şöbəsi) 2000-ci ildən fəaliyyət göstərir və UNEC-in beynəlxalq arenada inkişafında mühüm rol oynayır. Departamentin əsas
məqsədi universitetdə beynəlxalq əməkdaşlığın təşviqi və genişləndirilməsi, xarici ölkə vətəndaşı olan tələbələrin universitetə cəlb edilməsi, həmçinin xarici ali təhsil müəssisələri və beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq əlaqələrinin qurulmasıdır.
*
Departament qarşılıqlı anlaşma memorandumları və əməkdaşlıq müqavilələrinin hazırlanması və icrasını, beynəlxalq layihələrin idarə olunmasını və koordinasiyasını həyata keçirir. Həmçinin, beynəlxalq tərəfdaşlarla əlaqələrin inkişaf etdirilməsi, strateji əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsi və universitetin qlobal səviyyədə tanınmasının artırılması istiqamətində iş aparır.
Departament beynəlxalq layihələrin planlaşdırılması, icrası və qiymətləndirilməsi proseslərini nəzarətdə saxlayır, tərəfdaşlarla davamlı əlaqələri gücləndirir və UNEC-in strateji inkişaf məqsədlərinə uyğun innovativ təşəbbüslərin həyata keçirilməsini təmin edir.
*
*
Beynəlxalq əməkdaşlıq departamentinin tərkibində
fəaliyyət göstərən şöbələr:
*
Strateji inkişaf şöbəsi
Xarici əlaqələr şöbəsi
Layihələrin idarə olunması şöbəsi