Departament universitetdə maliyyə uçotunu, təhsil haqqı hesablaşmalarını, əmək haqqı və təqaüdlərin hesablanmasını, həmçinin satınalmaların təşkili prosesini həyata keçirir.
Maliyyə və təminat departamenti universitetdə mühasibat uçotunun sistemli təşkili, universitetin aktivlərinin idarə edilməsinin səmərəliliyinin yüksəldilməsi, təsərrüfat əməliyyatlarının registrlərdə düzgün əks etdirilməsinin təmin edilməsi zəruriliyi nəzərə alınaraq UNEC-in Elmi Şurasının 19 sentyabr 2014-cü il tarixli qərarına əsasən Maliyyə və mühasibatlıq departamentinin və Təchizat şöbəsinin bazasında yaradılmışdır.
*
*
Maliyyə və təminat departamentində
fəaliyyət göstərən şöbələr:*
Mühasibat uçotu və hesabatı şöbəsi
Təhsilalanlarla hesablaşmalar və bank əməliyyatları şöbəsi
Əməkhaqqı şöbəsi
İqtisadi təhlil və proqnozlaşdırma şöbəsi
Satınalmaların təşkili və təchizat şöbəsi
Departamentin əsas funksiyalarına maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotunun təşkili, mal-material və pul vəsaitlərinin hərəkəti ilə bağlı əməliyyatların, təhsil haqqı ilə bağlı hesablaşmaların aparılması, universitetin əməkdaşlarının əmək haqqı və təhsilalanların təqaüdlərinin hesablanması, satınalmaların təşkili və s. daxildir.
Mühasibat uçotu və hesabatı şöbəsi UNEC-in öhdəlik və aktivlərinin uçotunu aparır. Vergi, maliyyə və statistik hesabatlar tərtib edir və ya tərtib edilməsində iştirak edir. Təhsilalanlarla hesablaşmalar və bank əməliyyatları şöbəsi UNEC-də təhsilalanlarla bütün hesablaşmaların - təhsil haqları, təhsil haqlarını ödəməkdən azad olunmaları, ödənişləri, debitor və kreditor borclarının, təqaüdlərin hesablanması və ödənilməsinin uçotunu aparır, təhsilalanlara təhsil kartlarının sifariş edilməsini icra edir, UNEC üzrə pul vəsaitlərinin hərəkəti əməliyyatlarını və uçotunu həyata keçirir. Satınalmaların təşkili və təchizat şöbəsi UNEC-in satınalınmasına ehtiyac olan mal, iş və xidmətlərin tələbatını müəyyən edir və onların satınalma proseslərini həyata keçirilməsini təmin edir.