Zaqatala filialı

Azərbaycan Respublikası Prezidentinin 29 aprel 2016-cı il tarixli Sərəncamı ilə Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialı yaradılıb. 

2016-cı il sentyabrın 15-də UNEC-in Zaqatala filialının açılışı olub. Filial regionların sosial-iqtisadi inkişafı üçün yüksək ixtisaslı kadrlara tələbatı təmin etmək, bölgələrdə yaşayan gənclərin seçdikləri ixtisaslar üzrə keyfiyyətli ali təhsilə çıxış imkanlarını genişləndirmək, eləcə də ali təhsil müəssisələrinin mövcud maddi-texniki və kadr potensialından istifadənin səmərəliliyini artırmaq məqsədi ilə yaradılmışdır. Filialda ümumilikdə 1683 tələbə təhsil alır. 2025-ci ildə filiala 352 tələbə qəbul olunub. Filial üzrə maksimal qəbul balı 464 olub. 

Yataqxana

UNEC-in Zaqatala filialının yataqxanası 145 tələbə üçün nəzərdə tutulub. Burada 2 və 3 nəfərlik otaqlar keyfiyyətli mebel, zəruri avadanlıqlar, istilik-soyutma sistemi, sanitar qovşaq və duşla təmin edilib. Əlilliyi olan tələbələr üçün 2 inklüziv otaq ayrılıb. Yataqxanada smart texnologiyalar, istirahət otağı və oxu zalı, camaşırxana, ilkin tibbi yardım məntəqəsi, yeməkxana və mərtəbələrdə mətbəxlər mövcuddur. Təhlükəsizlik 24/7 nəzarət və müşahidə kameraları ilə təmin olunur.



Departament

  • İqtisadiyyat və menecment

Bölmələr

  • İqtisadiyyat və idarəetmə

  • Texniki və texnoloji

Təhsil formaları

  • Əyani

  • Qiyabi

 

22 auditoriya
56 otaq
140 nəfərlik böyük akt zalı
50 nəfərlik kiçik akt zalı
145 nəfərlik tələbə yataqxanası
İdman zalı

.

Filial UNEC-in regional ali iqtisadi təhsil missiyasının icrasını təmin edir, bundan irəli gələn müsbət nəticələrdən region və dünya ali təhsil məkanında dayanıqlı rəqabət üstünlüklərinin formalaşması üçün şərait yaradır. Tələbələrin Universitetdə ali iqtisadi təhsil, sistemli bilik, bacarıq və işgüzar idarəetmə vərdişlərinin aşılanmasına və müasir biznes informasi­ya­la­rının araşdırılması qabiliyyətinin formalaşmasına, analitik düşünmə və qərarvermə qabiliyyətinin qazanılmasına, onların müəssisə və təşkilatlarda müxtəlif məsul vəzifələr tutmasına peşəkarlıq nöqteyi nəzərdən hazır olmalarına imkan yaradır.

Filial xəbərləri

31 mart 2026
Zaqatala filialında 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan tədbir keçirilib
19 mart 2026
UNEC-in Zaqatala filialında “Tələbə-Məzun Təcrübə Proqramı” üzrə infosessiya keçirilib
26 fevral 2026
UNEC Zaqatala filialında “Xocalı – Unudulmayan faciə” adlı tədbir keçirilib
25 fevral 2026
UNEC-də Xocalı soyqırımına həsr olunmuş xüsusi dərslər keçirilib
20 fevral 2026
UNEC Zaqatala filialı regionun ali təhsil mərkəzinə çevrilir
16 yanvar 2026
Xarici professor UNEC-in Zaqatala filialında təlim keçib
14 yanvar 2026
UNEC Qarabağ İqtisadi Araşdırmalar Mərkəzinin III Ümumrespublika elmi məqalə müsabiqəsinin qalibləri açıqlanıb
13 yanvar 2026
UNEC-in Zaqatala filialında dərslər türkiyəli professorlar tərəfindən aparılır
01 dekabr 2025
UNEC nümayəndə heyəti Ankaradakı reytinqli universitetlərində əməkdaşlıq imkanlarını müzakirə edib
22 iyun 2025
UNEC Zaqatala filialının əməkdaşlarının elmi məqaləsi beynəlxalq nüfuzlu jurnalda dərc olunub
16 may 2025
UNEC ilə Özbəkistan universitetləri arasında təcrübə mübadiləsi məqsədilə görüş keçirilib
08 may 2025
UNEC Zaqatala filialında “Universitetlərin regional inkişafda rolu” mövzusunda elmi seminar keçirilib
12 aprel 2025
UNEC-in Zaqatala filialının yataqxanası və idman zalının açılışı olub

Bizimlə əlaqə

Zaqatala şəhəri, Əhməd Rəcəbli küçəsi, 4

Telefon

+(994) 24-22-5-21-57

E-mail

unec.zf@unec.edu.az unec.zf@gmail.com