Dizayn

Kafedranın yaradılmasında əsas məqsəd tədris prosesində tələbələrin yaradıcılıq qabiliyyətini formalaşdırmaqla yanaşı, yüksək zövqlü yaradıcı mütəxəssislər yetişdirməkdir. 

“Dizayn” kafedrası 1999-cu ildən fəaliyyətə başlamışdır.  Kafedra üzrə bakalavr pilləsində 68 fənn tədris olunur. Bütün fənlər sillabuslar və tədris vasitələrilə təmin olunmuşdur. Nəzərdə tutulan proqramı həyata keçirmək üçün tələbələr üçün dizayn studiolar (yaradıcılıq emalatxanaları) yaradılmış, yeni avadanlıq və materiallarla təchiz edilmişdir. 

Kafedranın əsas missiyası dizaynın bir çox istiqamətlərində rəqabətqabiliyyətli və praktiki qabiliyyətlərə malik,  əmək bazarının çağırışlarına və beynəlxalq standarlara cavab verə bilən ixtisaslı mütəxəssislər hazırlamaqdır. Kafedranın müəllimləri tərəfindən tələbələr üçün dərs vəsaiti, metodik vəsaitlər hazırlanaraq çap edilmişdir. 

Kafedralarda tədris olunan fənlər

Tədris edilən fənlərin mənimsədilməsi ilə tələbələr dizayn problemlərini  həll edə bilən mütəxəssis kimi yetişirlər. Kafedra əmək­daşları respublikamızda hal-hazırda dizayn sahəsi üzrə fəaliyyət göstərən müəssisə, təşkilatlar, firmalar və s. ilə sıx əlaqə saxlamaqla, bu sahədə olan yenilikləri izləyir və elmi axta­rışlarını davam etdirməkdədirlər. 

Kafedra əməkdaşlarının respublikada istehsal olunan məhsulların dizayn elementləri ilə tərtib olunması, məhsulun keyfiyyətinin yüksəldilməsi sahəsində apardıqları elmi axtarışlar həm nəzəri, həm də praktiki cəhətdən böyük əhəmiyyət kəsb edir. 

Kafedra xəbərləri

16 aprel 2026
UNEC-in müəlliminin “Qərbi Azərbaycan” adlı fərdi-yaradıcılıq sərgisi keçirilib
16 aprel 2026
UNEC Dizayn Məktəbində narkomaniya ilə mübarizəyə həsr olunan maarifləndirici tədbir keçirilib
07 aprel 2026
UNEC-də inklüzivliyə yönəlmiş sosial layihəyə start verilib
02 aprel 2026
Dizayn Məktəbində “Korrupsiyaya qarşı mübarizə” mövzusunda tədbir keçirilib
18 mart 2026
UNEC-də “Su ehtiyatlarının qorunması və səmərəli istifadəsi” mövzusunda maarifləndirici seminar keçirilib
25 fevral 2026
UNEC-də “Xocalı soyqrımı – insanlığa qarşı törədilmiş cinayət və tarixi həqiqətlər” mövzusunda tədbir keçirilib
02 aprel 2025
UNEC-də Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan tədbir keçirilib
27 dekabr 2024
UNEC Dizayn Məktəbi Məzun Assosiasiyasının növbəti görüşü baş tutub
20 dekabr 2024
UNEC-də müzakirələri: “Dizaynın 100 əsas prinsipi”

Əlaqə

Ünvan: Bakı, H.Əliyev küçəsi, 135 (II korpus)

Telefon

+(994)12 492-59-03 (13-22)

Digər kafedra və departamentlər