İqtisadçı Tələbələrə Dəstək İctimai Birliyi (İTD) 2014-cü ildə təsis edilib.
İTD tələbələrin bilik və bacarıqlarını artırmaq, onların akademik və şəxsi inkişafına dəstək olmaq məqsədi ilə fəaliyyət göstərən tələbə yönümlü təşkilatdır. Birlik tələbələr arasında əməkdaşlığı gücləndirməyi, təcrübə mübadiləsini təşviq etməyi və gənclərin gələcək karyera planlamasında yanında olmağı əsas prioritet kimi görür.
İTD tələbələr arasında təcrübə mübadiləsini təşviq etməklə yanaşı, yaradıcılığın inkişafına, aktiv və məsuliyyətli gənclər mühitinin formalaşmasına xidmət edir.
İTD-nin nəzdində müxtəlif istiqamətləri əhatə edən mərkəzlər fəaliyyət göstərir. Bu mərkəzlər tələbələrin fərqli maraq sahələrinə uyğun inkişaf imkanları yaratmaqla yanaşı, onların praktiki bacarıqlarını artırmağa xidmət edir. Birliyin tərkibində Layihələr mərkəzi, Elm mərkəzi, Təlim və İnnovasiya inkişaf mərkəzi, Xarici dillər mərkəzi, İnsan Resursları mərkəzi, Turizm mərkəzi, Beynəlxalq Əlaqələr mərkəzi, İntellektual Oyunlar mərkəzi, Kinozal və İdman mərkəzi fəaliyyət göstərir.