Nübar Kərimova   Şəkur

Nübar Kərimova Şəkur

Avesis link
Bakı şəhəri, İstiqlaliyyət 6 ( I Tədris binası)
+(994) 12 564 26 74
Kərimova Nübar Şəkur qızı 30 iyun 1979-cu ildə Masallı rayonunda anadan olmuşdur.
2000-ci ildə Azərbaycan Dillər Universitetinin ingilis dili fakultəsini bitirmişdir.
2002-ci ildə  Azərbaycan Dillər Universitetində magistr dərəcəsi almışdır.
2002-ci ildən Azərbaycan Dillər Universitetində müəllim vəzifəsində çalışıb.
Azərbaycan Dillər Universitetinin “Dünya Ədəbiyyatı” kafedrasının dissertantıdır.
Azərbaycan Dövlət İqtisad Universitetinin “Xarici dillər” kafedrasının müəllimi olub.
20.04.2022-ci il tarixdən həmin kafedranın baş müəllimi vəzifəsinə keçirilib.
4 elmi məqalənin müəllifidir.
Tədris prosesində kommunikativ və interaktiv metodlardan istifadə etməklə yanaşı, ən yeni metodlara yiyələnmək üçün British Council, ABŞ səfirliyi və Təhsil Nazirliyinin müəllimlər üçün təşkil etdiyi təlim və kurslarda iştirak edərək bir sıra sertifikatlar əldə etmişdir.
16.08.2019-cu ildə, CELTA beynəlxalq sertifikatını almışdır.
Ailəlidir, iki övladı var.