Sahə Araşdırmaları və Rəqabətin Təhlili (SART) Mərkəzi Azərbaycan Dövlət İqtisad Universitetinin Elmi Şurasının 31 may 2022-ci il tarixli iclasının Qərarı və UNEC rektorunun 04 iyul 2022-ci il tarixli əmrinə əsasən yaradılıb.
Məqsəd
Mərkəzin əsas məqsədi ölkə iqtisadiyyatında dayanıqlı inkişaf və sağlam rəqabət mühitinin formalaşmasına töhfə verməkdir.
- Müxtəlif iqtisadi sahələr üzrə araşdırmalar aparmaq, mövcud vəziyyəti öyrənmək və inkişaf tendensiyalarını müəyyənləşdirmək;
- Bazarda rəqabət mühitini təhlil etmək, inhisarçılıq meyillərini və rəqabəti məhdudlaşdıran faktorları üzə çıxarmaq;
- Dövlət orqanlarına və biznes subyektlərinə elmi əsaslı tövsiyələr təqdim etmək;
- Sahibkarlığın, innovasiyaların və rəqabətqabiliyyətli iqtisadiyyatın inkişafına elmi-analitik dəstək vermək;
- İqtisadi prosesləri izləyərək statistik və analitik hesabatlar hazırlamaq.