Sahə Araşdırmaları və Rəqabətin Təhlili (SART) Tədqiqat Mərkəzi

Sahə Araşdırmaları və Rəqabətin Təhlili (SART) Mərkəzi Azərbaycan Dövlət İqtisad  Universitetinin Elmi Şurasının 31 may 2022-ci il tarixli iclasının Qərarı və UNEC rektorunun 04 iyul 2022-ci il tarixli əmrinə əsasən yaradılıb.

UNEC Rektorunun 15 iyul 2022-ci il tarixli 523/3/2022 №-li əmrinə əsasən mərkəzə ictimai əsaslarla rəhbərlik dos. Mehtiyev Azər Seyfalı oğluna həvalə edilmişdir.

Məqsəd

Mərkəzin əsas məqsədi ölkə iqtisadiyyatında dayanıqlı inkişaf və sağlam rəqabət mühitinin formalaşmasına töhfə verməkdir.

- Müxtəlif iqtisadi sahələr üzrə araşdırmalar aparmaq, mövcud vəziyyəti öyrənmək və inkişaf tendensiyalarını müəyyənləşdirmək;

- Bazarda rəqabət mühitini təhlil etmək, inhisarçılıq meyillərini və rəqabəti məhdudlaşdıran faktorları üzə çıxarmaq;
- Dövlət orqanlarına və biznes subyektlərinə elmi əsaslı tövsiyələr təqdim etmək;
- Sahibkarlığın, innovasiyaların və rəqabətqabiliyyətli iqtisadiyyatın inkişafına elmi-analitik dəstək vermək;
- İqtisadi prosesləri izləyərək statistik və analitik hesabatlar hazırlamaq.

Mərkəzin üzvləri:

Bize ulaşın

Ünvan: Bakı, İstiqlaliyyət küç. 6, Əsas tədris binası

Telefon

+(994) 12 492-57-31

E-posta

sart@unec.edu.az

Digər Tədqiqat Mərkəzləri