UNEC Karyera və İnkişaf Təşkilatı

UNEC Karyera və İnkişaf Təşkilatı UNEC tələbələrinin peşəkar və şəxsi inkişafını dəstəkləmək, onların əmək bazarına hazırlıq səviyyəsini artırmaq və müasir iş dünyasının tələblərinə uyğyn bacarıqlar qazanmaqlarına dəstək olmaq məqsədilə yaradılmış bir təşkilatdır. 

Təşkilat tələbələrə praktiki bilik və bacarıqlar qazandırmaq, onların akademik və peşəkar şəbəkələşməsini təşviq etmək, iş dünyası və sənaye nümayəndələri ilə əlaqələr qurmaq üçün müxtəlif təlim, seminar və layihələr həyata keçirir. Eyni zamanda, tələbələrə işə qəbul prosesi, karyera planlaması, müsahibə texnikaları, layihə idarəetməsi və digər vacib mövzularda təlimlər keçərək, onların iş dünyasında uğur qazanmasına kömək edir.

• UNEC tələbələrinin karyera inkişafı üçün təlimlər, seminarlar, vebinarlar və digər maarifləndirici tədbirlərin keçirilməsinə təşəbbüs göstərmək və yardım etmək;
• Peşəkar mentorluq və təcrübə proqramlarının təşkili ilə tələbələrin real iş mühiti ilə tanış edilməsinə hərtərəfli dəstək göstərmək;
• Liderlik və idarəetmə bacarıqlarının inkişaf etdirilməsi məqsadilə xüsusi təlim və proqramların həyata keçirilməsində yaxından iştirak etmək;
• Tələbələrin iş imkanlarından xəbərdar edilməsi və onları uyğun vakansiyalarla tanış etmək üçün əmək bazarı ilə əməkdaşlıq etmək.

  Əsasnamə

İletişim

Ünvan: Bakı, İstiqlaliyyət 6 (I Tədris binası )

Telefon

+(994) 12 497-58-71

E-posta

ziya.r.amirov@gmail.com

Digər təşkilatlar