Ziya Əmirov Rəhman

Ziya Əmirov Rəhman

UNEC Karyera və İnkişaf Təşkilatının sədri

Avesis链接

+(994) 12 497-58-71
Ünvan: Bakı, İstiqlaliyyət küç. 6, (I Tədris binası)

2005-ci il iyun ayının 28-də Bakı şəhərində anadan olub.
2012-ci ildə Bakı şəhəri, Fuad Fərhadoğlu adına 230 saylı tam orta məktəbin birinci sinfinə daxil olub 5-ci sinfə qədər bu məktəbdə təhsil alıb, 2017-ci ildə imtahan verərək A.S.Makarenko Adına Humanitar Fənlər Təmayüllü Gimnaziyanın 6-cı sinfinə qəbul olub.
2023-cü ildə isə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) "İqtisadiyyat və İdarəetmə" fakültəsi üzrə "Statistika" ixtisasına qəbul olub və hazırda həmin ixtisas üzrə 3-cü kursda təhsilini davam etdirir.

2024-cü ildə, 2 saylı DOST mərkəzində könüllülük fəaliyyətini uğurla başa vurub B kateqoriyalı sertifikatla təltif olunub.
2025-ci ildə UNEC İnnovativ Gənclər Təşkilatının üzvü olaraq bir çox tədbirlərdən iştirak edib, həmçinin UNEC TEDx layihəsində komanda üzvü olaraq iştirak edib və rəsmi sertifikatla təltif olunub.
UNEC Karyera və İnkişaf Təşkilatının sədri olaraq əsas vəzifəmiz tələbələrin peşəkar inkişafına dəstək verən layihələrin təşkili və koordinasiyası ilə məşğul olur, mentorluq proqramları, işəgötürənlərlə görüşlər, karyeraya psixoloji baxış kimi imkanların təşkili üçün öhdəmə düşən vəzifələri yerinə yetirmək.
2025-ci ildə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi tərəfindən təşkil olunan "Digital LevelUP - Data analytics" proqramında iştirak hüququ əldə edib və proqramı uğurla başa vurub.