Ziya Əmirov Rəhman
UNEC Karyera və İnkişaf Təşkilatının sədri
+(994) 12 497-58-71
Ünvan: Bakı, İstiqlaliyyət küç. 6, (I Tədris binası)
2005-ci il iyun ayının 28-də Bakı şəhərində anadan olub.
2012-ci ildə Bakı şəhəri, Fuad Fərhadoğlu adına 230 saylı tam orta məktəbin birinci sinfinə daxil olub 5-ci sinfə qədər bu məktəbdə təhsil alıb, 2017-ci ildə imtahan verərək A.S.Makarenko Adına Humanitar Fənlər Təmayüllü Gimnaziyanın 6-cı sinfinə qəbul olub.
2023-cü ildə isə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) "İqtisadiyyat və İdarəetmə" fakültəsi üzrə "Statistika" ixtisasına qəbul olub və hazırda həmin ixtisas üzrə 3-cü kursda təhsilini davam etdirir.
2025-ci ildə UNEC İnnovativ Gənclər Təşkilatının üzvü olaraq bir çox tədbirlərdən iştirak edib, həmçinin UNEC TEDx layihəsində komanda üzvü olaraq iştirak edib və rəsmi sertifikatla təltif olunub.
2025-ci ildə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi tərəfindən təşkil olunan "Digital LevelUP - Data analytics" proqramında iştirak hüququ əldə edib və proqramı uğurla başa vurub.